Çərşənbə axşamı , İyun 15 2021
Ana səhifə / Bölgələr / “Tövlədə saxlanılan qadın ruhi xəstədir” – AÇIQLAMA

“Tövlədə saxlanılan qadın ruhi xəstədir” – AÇIQLAMA

Tövlədə bağlanaraq saxlanılması haqqında video yayılan 1934-cü il təvəllüdlü Səkinə Həsənova ruhi əsəb xəstəsidir.

Bunu Azvision.az -a açıqlamasında Gədəbəy rayonu, İvanovka kəndinin icra nümayəndəsi Bahəddin Tağıyev deyib. Onun sözlərinə görə, 87 yaşlı qadınla bağlı hüquq-mühafizə orqnaları tərəfindən araşdırma aparılır:“Qadın ruhi xəstədir, nitq qüsurludur. Ailə qurmayıb. Əslən Daşkəsəndəndir. Əvvəl bacısının yanında qalırdı. Bacısı rəhmətə gedəndən sonra bibisi oğlu Hacıyev Qəzənfərin evində qalıb. Qadın qüsurludur, özünü idarə edə bilmir. Hazırda polis tərəfləri dindirir, araşdırma gedir. Nəticəsi barədə məlumat veriləcək”.

Qeyd edək ki, sosial şəbəkələrdə ahıl qadının tövlədə bağlanaraq saxlanılmasına dair görüntülər yayılıb. Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşları müvafiq araşdırmalar aparıb. Həmin qadının Daşkəsən rayonunda qeydiyyatda olmaqla Gədəbəy rayon İvanovka kəndində yaşayan, 1934-cü il təvəllüdlü Səkinə Həsənova olması müəyyən edilib.

Həmçinin oxuyun

Cıdır düzündə böyük günə hazırlıq… – VİDEO

Şuşada – Cıdır düzündə Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşünə hazırlıq …