Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Bölgələr / Tikinti-abadlıq işləri görənlər xeyli sayda abonenti qazsız qoydu

Tikinti-abadlıq işləri görənlər xeyli sayda abonenti qazsız qoydu

Yanvarın 21-də saat 15:00 radələrində Gəncə şəhəri Avtozavod qəsəbəsində tikinti-abadlıq işləri aparan şirkətin əməkdaşları texnika ilə diametri 160 mm olan yeraltı polietilen qaz kəmərini zədələyiblər.
Azəriqaz İB-nin mətbuat xidmətindən verilən məlumata görə, texniki təhlükəsizlik qaydalarına uyğun olaraq həmin ərazinin qaz təchizatı dayandırılıb. Nəticədə xeyli sayda abonentin təbii qazla təminatında fasilə yaranıb.
Qəzanın aradan qaldırılması istiqamətində işlər aparılır.

Həmçinin oxuyun

Gəncədə yaralananların vəziyyəti necədir? – AÇIQLAMA

Ermənistan ordusunun Gəncənin mülki əhalisinə qarşı endirdiyi ballistik raket zərbəsi nəticəsində yaralanan şəxslərə bütün lazımi …