Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Bölgələr / “Tibb müəssisələrində ixtisarlar aparılmayacaq”

“Tibb müəssisələrində ixtisarlar aparılmayacaq”

Xudat Şəhər Xəstəxanasının fəaliyyətinin dayandırılması və bu tibb müəssisəsində çalışanların işdən azad olunması ilə bağlı bəzi sosial şəbəkə hesablarında məlumatlar yayılıb.

AYNA-ya “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) Mətbuat Xidmətinin rəhbəri Rəvanə Əliyevanın verdiyi məlumata görə, həmin məlumatlar əsassızdır. 

Onun sözlərinə görə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) nümayəndələri Xudat Şəhər Xəstəxanasının yerləşdiyi binaya baxış zamanı xəstəxananın vəziyyətinin əhaliyə xidmət baxımından qənaətbəxş olmadığı müəyyən edilib və mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində tədbirlər görülməsi barədə qərar qəbul olunub .


“Bir daha qeyd edirik ki, ölkədə icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar tibb müəssisələrində ixtisarların aparılması nəzərdə tutulmayıb. Əksinə, icbari tibbi sığortanın tətbiqi çərçivəsində tibb müəssisələrində xidmət keyfiyyətinin yüksəldilməsi, eləcə də tibb işçilərinin əməkhaqlarına əlavələrin hesablanması qaydası təsdiqlənib”, – deyə R.Əliyeva vurğulayıb.

Həmçinin oxuyun

Gəncədə yaralananların vəziyyəti necədir? – AÇIQLAMA

Ermənistan ordusunun Gəncənin mülki əhalisinə qarşı endirdiyi ballistik raket zərbəsi nəticəsində yaralanan şəxslərə bütün lazımi …