Çərşənbə , İyun 19 2019
Ana səhifə / Bölgələr / Taleh Qaraşov Bakıya gəlmək istəyir

Taleh Qaraşov Bakıya gəlmək istəyir

Lənkəran rayonu Azərbaycanın cənub bölgəsinin ən böyük rayonlasrından biridir. Bu rayon həm də zona üzrə ən böyük təmir-tikinti, abadlıq üçün büdcəyə sahibdir. Ərazi üzrə inzibati vahidləri də çoxdur. Lakin bu rayonda vətəndaşların şikayətlərini dinləyəcək məmurlar yoxdur. Gundeminfo.az-a daxil olan informasiyaya əsasən Lənkərandan həm elektron qaydada, həm də poçt vasitəsilə Bakıya göndərilən şikayətlərin sayı son zamanlar xeyli çoxalıb.

Daxil olan informasiyalarda deyilir ki, bu rayonda əsasən kənd təsərrüfatı üzrə fəaliyyət göstərən sahibkarlar yerli İcra Hakimiyyətindən heç bir dəstək ala bilmirlər. Deyilənlərə əsasən icra başçısı Taleh Qaraşov adətən yerli sahibkarlara təmir-tikinti işlərini aparmaq tələbi qoyur. Rayonun bir sıra kəndlərində kənd təsərrüfatının inkişafı üçün elementar infrastruktur belə qurulmayıb. Bütün bunlarla bağlı da yerli poçt şöbələrindən Bakıya şikayət və müraciət yollaya bilməyən lənkəranlılar qonşu rayonlara üz tuturlar. Və yaxud da onlar adətən internet resursları üzərində ölkə rəhbərliyinə müraciət etməli olurlar.

Qeyd edilən sosial narazılıqlarla bağlı artıq monitorinqlərin aparıldığı da söylənilir. Gundeminfo.az-a daxil olan xəbərdə deyilir ki, Lənkəran İcra Hakimiyyətində vətəndaşların qəbulu, problemlərin həlli istiqamətində praktik olaraq hansı işlərin aparılması araşdırılır. Məlumata əsasən son aylarda rayonun icra başçısı Taleh Qaraşov Bakıda yüksək vəzifə tutacağına ümidlənərək əlini işdən soyudub. Hər halda rayon əhalisi arasında belə söhbətlər dolaşmaqdadır. Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq. 

Həmçinin oxuyun

“Başçı bizə heç bir cavab vermədi” – GİLEY

Qobustan rayonu, Ərəbşahverdi kənd sakini Qaraş Mürşüd oğlu Allahverdiyev tərəfindən Prezident İlham Əliyevə müraciət ünvanlanıb. …