Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Bölgələr / Tərtərdə unikal aksiya – FOTOLAR

Tərtərdə unikal aksiya – FOTOLAR

“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi Prezident İlham Əliyevin doğum günündə Tərtərdə unikal aksiya həyata keçirib.

Azinforum.az xəbər verir ki, birlik adıçəkilən rayonda yaşayan aztəminatlı, habelə şəhid, əlil və qazi ailələrinə yardım kampaniyası təşkil edib. Çox sayda aztəminatlı, şəhid, əlil və qazi ailələrinə Yeni il öncəsi bayram sovqatları paylanılıb.

“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin sədri Sevinc Əzimbəyli rəhbərlik etdiyi təşkilatın xeyriyyə aksiyalarının ənənəvi hal aldığını bildirib. O, birliyin təşəbbüsü ilə həyata keçirilən bu aksiyanın 24 dekabr tarixində keçirilməsinin xüsusi önəm kəsb etdiyini diqqətə çatdırıb: “Çünki Prezidentimizin siyasətində aztəminatlı, şəhid, qazi və əlil ailələrənə böyük qayğı və diqqət xüsusi yer tutur. Biz də onlarla ailəyə sevinc bəxş edən belə aksiyalarımızla diqqəti bu istiqamətə yönəltməyə, az da ola Prezidentimizə dəstək olmağa çalışırıq. Bizim belə xeyriyyə aksiyalarımız artıq ənənəvi hal alıb. Budəfəki aksiyamızın Tərtərdə təşkil olunmasına göstərdiyi dəstəyə görə rayonun icra hakimiyyətinə, habelə maddi dəstək verdiyi üçün “Cənnət” MMC-yə dərin təşəkkürümü bildirirəm”.

Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli belə xeyriyyə tədbirində iştirakdan məmnunluğunu ifadə edib. O, aztəminatlı, şəhid, əlil, qazi ailələrini tapdıqlarını, onlara imkanları daxilində dəstək olmağa çalışdıqlarını söyləyib: “Hesab edirəm ki, hər bir işi dövlətin üzərinə atmaq olmaz. Biz də öz növbəmizdə bu ailələrə az da olsa köməklik göstərməklə dövlətimizin, Prezidentimizin bu istiqamətdəki siyasətinə cüzi də olsa dəstək verməyə çalışırıq. Bunu özümzün müqəddəs vəzifəmiz hesab edirik. Bu ailələrin sevinməsi, hər bir Azərbaycan vətəndaşından diqqət görməsi, bizləri öz yanlarında hiss etməsi çox vacib məqamdır. Az da olsa bu istiqamətdə faydamız olursa, nə gözəl. Uca Yaradan dövlətimizi, müstəqilliyimizi əbədi etsin, Prezidentimizi qorusun!”.

Həmçinin oxuyun

Gəncədə yaralananların vəziyyəti necədir? – AÇIQLAMA

Ermənistan ordusunun Gəncənin mülki əhalisinə qarşı endirdiyi ballistik raket zərbəsi nəticəsində yaralanan şəxslərə bütün lazımi …