Şənbə , Yanvar 29 2022
Ana səhifə / Bölgələr / Tərtər məktəbinə hücumla bağlı direktordan AÇIQLAMA

Tərtər məktəbinə hücumla bağlı direktordan AÇIQLAMA

Naməlum şəxslərin Tərtərdə məktəbə hücum etdiyi barədə məlumat yayılıb. Söhbət rayonun Şıxarx kəndindəki 2 saylı tam orta məktəbdən gedir. Məlumata görə məktəbə hücum edən şəxslər bir sıra sinif otaqlarını, avadanlıqları dağıdıblar.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan Tərtər Rayon Təhsil Şöbəsinin rəsmisi Zahid Təhməzov hadisədən xəbərsiz olduğunu deyib:

“Belə bir şey olsaydı bizim də xəbərimiz olardı. O məktəbdə heç nə baş verməyib”.

Tərtər rayon Sarvan Quliyev adına Şıxarx kənd 2 saylı tam orta məktəbinin direktoru Tofiq Hacıyev isə hücumdan söhbət belə getmədiyini bildirib:

“Heç bir basqı və ya hücum olmayıb. Sadəcə olaraq külək qapını qırıb. Oradan isə  uşaqlar akt zalına daxil olaraq stulların bəzilərini qırıblar. Kim hücum edəcək ki, bura?”

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin sözügedən məsələ ilə bağlı açıqlamasına görə məsələ rayon polis şöbəsi tərəfindən araşdırılır.

Məlumat üçün bildirək ki, məktəbdə Vətən müharibəsi dövründə ermənilərin artilleriya zərbələri nəticəsində evləri dağılan kənd sakinləri məskunlaşıb.

Həmçinin oxuyun

Saxlanılan falçı polisi hədələdi: Məni tutsanız… – VİDEO

Kürdəmirdə fala baxmaq adı ilə insanları aldadaraq pullarını və qızıllarını mənimsəyən qadın polislər tərəfindən saxlanılıb. …