Cümə , Fevral 3 2023
Ana səhifə / Bölgələr / Şuşaya paytaxt deyən, arzuları ilə şəhid olan Lerikli kapitan – VİDEO

Şuşaya paytaxt deyən, arzuları ilə şəhid olan Lerikli kapitan – VİDEO

“Yeni Müsavat” Media Qrupu olaraq Vətən Müharibəsinin qəhrəmanlarını tanımağa və tanıtmağa davam edirik.

Bu dəfə şəhid kapitanımız Cəlil Cavadov haqqında danışacağıq.

Lerik rayonunun Xəlifəküçə kəndində anadan olan Cəlil Cavadovun qardaşlarından biri də hərbçidir.

Cəlil Cavadov illərlə övlad həsrəti çəkib. Onun ailəsi, övladları ilə bağlı böyük xəyalları olub. Ən böyük istəyi isə övladlarının təhsilinə xüsusi diqqət ayırmaq idi. Bu dünyada övlad həsrəti yaşayan kapitanımız ana vətən həsrətinə sona qoyaraq bu dünyadan köçdü.

Qəhrəmanımız daim əsgərlərini sevən, onların önündə olan zabit kimi xatirələrdə qaldı.

Nizam intizamlı hərbi qulluqçu kimi tanınan, seçilən Cəlil Cavadov ölümündən sonra həm “İgidliyə görə”, həm də “Vətən uğrunda” medalları ilə təltif edildi.

Cənab kapitan, ruhun şad olsun. Sənin istədiyin kimi oldu. Artıq Şuşa azaddır. Sənin paytaxt dediyin, gedə bilmədiyin Şuşada döyüş yoldaşların Azərbaycan bayrağını dalğalandırır.

Şəhid kapitanımızın ailəsindən hazırladığımız videoreportajı təqdim edirik.

Həmçinin oxuyun

Naxçıvanla Türkiyə arasındakı sərhəd açıldı

Naxçıvan sərhədindən Türkiyəyə gediş-gəlişə qoyulmuş qadağa ləğv edilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu gündən …