Cümə axşamı , Avqust 5 2021
Ana səhifə / Bölgələr / Şuşanın yeni siması necə olacaq? – VİDEO

Şuşanın yeni siması necə olacaq? – VİDEO

Atalar yaxşı deyib, zər qədrini zərgər bilər. 30 ildir ki, yad əlində qayğıdan, sevgidən məhrum olan Şuşa şəhəri gerçək sahiblərinin əlində yeni simasına bürünür. Tarixi şəhərdəki son dəyişiklikləri əməkdaşımız Rüstəm İbadovun Şuşadan hazırladığı reportajdan biləcəksiz.

Azadlığının 7-ci ayını yaşayan Şuşa qısa zaman keçməsinə baxmayaraq sahiblərinin əlində hər keçən gün gözəlləşir, abadlaşır…

İllərdir yad əlində hər cür diqqətdən uzaq qalan qədim Azərbaycan şəhəri bu gün tikinti-quruculuq meydançasına çevrilib.

Şuşanın tarixi qala divarlarında da artıq abadlıq işlərinə start verilib.

Şəhərdə yenidənqurma işlərinin canlanması və hərbçilərlə yanaşı mühəndislərin, eləcə də digər sahələrdə çalışan mülki şəxslərin sayının artması qida təminatı ilə bağlı sahələrin də inkişafına gətirib çıxarır. Elə şəhər azad ediləndən  Şuşada çörək bişirən İftixar dayı da bu sahədə yorulmadan çalışanlardan biridir….

İftixar Əliyev Şuşa çörəyinin təravətli və əvəzedilməz olmasının sirlərini belə izah edir.

Bura isə dövlət başçılarının önündə Şuşa bəyannaməsini imzaladıqları Xan qızı Natəvanın ev muzeyi və Xanın sarayıdır. Tarixən əhalisinin 98 faizi Azərbaycanlılar olan Şuşadan xalqımıza aid izləri silmək istəyən ermənilər hər cür vəhşiliyə əl atsalar da buna nail ola bilməyiblər.

Şuşasız Azərbaycanı, Cıdır düzü olmadan isə Şuşanı təsəvvür etmək mümkünsüzdür. Bu ərazidəki qayalıqlar isə bundan sonrakı dönəmlərdə hər zaman qəhrəmanlıq və mərdlik simvolu kimi qalmağa davam edəcək.

Cıdır düzündən baxanda Azərbaycan bayrağının kölgəsində qalan bu yer isə Xankəndidir. Azərbaycan torpağında yaşayan ermənilər bilməlidirlər ki, onların gələcəkləri də ancaq bu bayrağın altında mümkün olacaq!

Həmçinin oxuyun

Dövlət Turizm Agentliyi Azərbaycanın turizm sektorunu çökdürür – Agentlik yeni səhifə açacaqmı?

Pandemiya dövründə turizm şirkətlərinə heç bir dəstək göstərməyən Dövlət Turizm Agentliyi sanki qarışqa kimi üzü …