Cümə , Noyabr 27 2020
Ana səhifə / Bölgələr / Şuşadakı əsgərlərimizin qələbə şənliyindən VİDEO

Şuşadakı əsgərlərimizin qələbə şənliyindən VİDEO

Şuşanı işğaldan azad edən əsgərlərimiz oradakı oteldə mərasim təşkil ediblər. 

Bu barədə tanınmış fitness məşqçisi Kamil Zeynallı sosial şəbəkə hesabında məlumat verib. 

Əsgərlərin görüntülərini izləyiciləri lə bölüşən Kamil oteldə hərbçilərin onun sağlığına qədəh qaldırdığını bildirib:

“Şuşada oteldə yeyib-içmək gedir. Bu yeyib-içmək, kef eləmək sizin haqqınızdır. Yaxşı ki, sizləri tanımışam, yaxşı ki, sizlərlə çiyin-çiyinə… Demirəm daha. 

Dostlar, yadınızdadır, bir video vardı, Şuşadakı otelə iki il öncə zəng vurub demişdilər ki, “Hazırlaşın, gəlirik”. Bu, həmin söhbətin sübutudur və biz gəldik. Mən çox xoşbəxtəm ki, mənim və dostlarımın sağlığına Şuşada əsgərlər qədəh qaldırırlar. Onlar bilirlər ki, mən necə insanam, ba.qaları bilməsə də olar. Birinci sağlığı Cənab Prezidentin sağlığına içiblər, ikincisini də mənim. Vüqar Həbibov, komandir, yaşa, qardaş!”.

Həmin görüntüləri təqdim edirik:

Həmçinin oxuyun

Kəlbəcərin İstisuyunun yeni görüntüləri (VİDEO)

Kəlbəcər rayonu ərazisində yerləşən “İstisu” sanatoriyasının görüntüləri paylaşılıb.Bu barədə video sosial şəbəkələrdə yayılıb.Qeyd edək ki, …