Çərşənbə , Fevral 8 2023
Ana səhifə / Bölgələr / Şuşada tikilən məktəb gələn il təhvil veriləcək

Şuşada tikilən məktəb gələn il təhvil veriləcək

“Növbəti tədris ilinin əvvəlində Şuşa şəhərində inşa edilən məktəb təhvil veriləcək”. 

Bunu elm və təhsil naziri Emin Əmrullayev Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin tərəfdaşlığı ilə keçirilən “Böyük Qayıdış: İlham Əliyev siyasətinin təntənəsi” adlı konfransda bildirib.

Nazir qeyd edib ki, artıq Soquvuşanda məktəb tikintisi başa çatıb: “Ümumilikdə azad edilən ərazilərdə 197 məktəbəqədər təhsil müəssisəsi tikiləcək. Məcburi köçkün məktəblərinin həmin bölgələrə köçürülməsi istiqamətində planlı işlər aparılır. 5-7 il ərzində Azərbaycanda standartdan kənar məcburi köçkün məktəbi anlayışı olmayacaq. Bu prosesdə yeni bacarıqlar olduqca vacibdir”.

Bundan əlavə, E.Əmrullayev Şuşa Realnı Məktəbinin bərpasına artıq başlanıldığını bildirib.

Həmçinin oxuyun

Şirvanda işıqfor korrupsiyası

Bu gün dünyada, Hüquq Mühafizə Orqanlarının adı gələndə hamının nəzər diqqətini alverdən kənar, kommersiyadan uzaq, …