Bazar ertəsi , Sentyabr 26 2022
Ana səhifə / Bölgələr / Şuşada Sadıqcanın yaşadığı ev layihələndiriləcək

Şuşada Sadıqcanın yaşadığı ev layihələndiriləcək

Prezident İlham Əliyev Şuşa şəhərində Sadıqcanın yaşadığı evin layihələndirilməsi və bərpası ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Sərəncamla Şuşa şəhərində yerləşən Azərbaycan musiqiçisi, tarzən, bəstəkar və tarı təkmilləşdirən sənətkar Mirzə Əsəd oğlu Sadıqın (Sadıqcanın) yaşadığı evin layihələndirilməsi və bərpası məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxsə ilkin olaraq 600 min manat vəsait ayrılıb.

Həmçinin oxuyun

İcra başçısı təkər yüklədi – FOTO

Ermənistan silahlı qüvvələri tərəfindən sentyabrın 12-də gecə və 13-ü səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, …