Çərşənbə , Mart 22 2023
Ana səhifə / Bölgələr / Şuşada məişət tullantılarının idarə olunması üçün 4.6 milyon ödənəcək

Şuşada məişət tullantılarının idarə olunması üçün 4.6 milyon ödənəcək

“Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin keçirdiyi tender müsabiqəsinin qalibi “Hayat Group” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
“Təmiz Şəhər” ASC Şuşa şəhərində məişət tullantılarının idarə olunması üçün tələb olunan xüsusi texnika və yeraltı konteynerlərin satınalınmasına görə “Hayat Group” MMC-yə 4 milyon 668 min 80 manat ödəyəcək.
Belə ki, 3 ədəd yeraltı konteynerlərin toplanması üçün maşın, 1 ədəd özüboşaldan 5m3 tutumlu maşın, 1 ədəd yeraltı konteynerlərin yuyulması və dezinfeksiyası üçün texnika, 1 ədəd pick-up tipli avtomobil, 300 ədəd yeraltı konteyner (3 m³, 4 çeşidli, quraşdırma daxil) alınacaq.
Məlumat üçün bildirək ki, 148 min 520 manat nizamnamə kapitalı olan “Təmiz Şəhər” ASC-nin qanuni təmsilçisi İbrahimov Babək Mikayıl oğludur. Şirkət 29 oktyabr 2013-cü ildə dpvlət qeydiyyatına alınıb.

Həmçinin oxuyun

Naxçıvanda yanacaq qıtlığı yarana bilər – Video

Naxçıvanda yanacaq qıtlığı yarana bilər. TIR sürücüləri artıq 10 gündən çoxdur ki, yola çıxmaqdan imtina …