Bazar ertəsi , May 10 2021
Ana səhifə / Bölgələr / Şuşada elektrik xətlərinin çəkilməsi, yarımstansiyanın tikintisi ilə bağlı işlər yekunlaşdı

Şuşada elektrik xətlərinin çəkilməsi, yarımstansiyanın tikintisi ilə bağlı işlər yekunlaşdı

“Şükürbəyli yarımstansiyasında işlər tamamlanıb, inteqrasiya işləri gedir, Şuşa yarımstansiyasına gedən birinci və ikinci xətlər quraşdırılıb və yekunlaşmaq üzrədir”.

Bu barədə İdarələrarası Mərkəzdə yaradılmış “Enerji təminatı məsələləri” İşçi Qrupunun videokonfrans formatında növbəti iclasında bildirilib.

Qeyd edilib ki, Şuşa şəhərində elektrik xətlərinin çəkilməsi, yarımstansiyanın tikintisi ilə bağlı işlər yekunlaşıb. Kəlbəcərdə inşa olunan yarımstansiyada, eləcə də Daşkəsəndən Kəlbəcərə qədər olan elektrik xətlərinin çəkilişi ilə bağlı işlər davam edir. Ağdam yarımstansiyasında işlər başlanıb. Cəbrayıl-Qubadlı, Qubadlı-Zəngilan arasında iki dövrəli elektrik xətlərinin tikintisinə başlanılıb.

Həmçinin oxuyun

Elmar Vəliyevin yarımçıq qalan oteli baxımsız vəziyyətdədir – Foto

Gəncə şəhərinin sabiq icra başçısı Elmar Vəliyevin Hacıkənddə inşa etdirdiyi otel kompleksində inşaat işləri dayandırılıb. …