Bazar ertəsi , İyul 26 2021
Ana səhifə / Bölgələr / Şuşada daha bir əməliyyat

Şuşada daha bir əməliyyat

İşğaldan azad edilmiş ərazilərdə silah-sursatların, mina və digər partlayıcı vasitələrin aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Şuşa Rayon Polis Şöbəsinin əməkdaşlarının və Daxili Qoşunların hərbi qulluqçularının Dövlət Təhlükəsizlik Xidmətinin müvafiq qurumları ilə birgə keçirdikləri növbəti tədbirlər zamanı şəhər ərazisindən 13 müxtəlif növ qumbara, 1 avtomat, 1 qumbarataatan, 1 tank əleyhinə mina, 20 müxtəlif növ raket, 26 avtomat sandığı, 1 top mərmisi, 7124 müxtəlif çaplı patron və digər döyüş sursatları aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Həmçinin oxuyun

Qarabağdakı “ağıllı kənd”dən ilk görüntülər – Video

Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edən birinci “Ağıllı kənd” layihəsinin təməlini aprelin 26-da …