Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının baş çavuşu Babayev Orxan Sədail oğlu Vətən Müharibəsinin şəhidlərindəndir.
DİN-dən verilən məlumata görə, 26 yaşlı O.Babayev Astara rayonunun Kijəbə qəsəbəsində anadan olub.
O, noyabrın 7-də Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olub.