Şənbə , Aprel 20 2024
Ana səhifə / Bölgələr / Son bir ildə Naxçıvanda 50 min insan iş yerini itirib

Son bir ildə Naxçıvanda 50 min insan iş yerini itirib

Bu ilin əvvəlinə olan məlumata görə Naxçıvan Muxtar Respublikasında muzdlu işçilərin (əmək müqaviləsi ilə işləyənlər) sayı 59 min 612 nəfər olub.
Son bir il ərzində Naxçıvanda muzdlu işçilərin sayı təxminən 2 dəfə azalıb. Belə ki, 2023-cü ilin əvvəlində Naxçıvanda 110 min 261 muzdlu işçi olub.
Məlumat üçün qeyd edək ki, azalma əsasən qeyri-dövlət sektorunda işləyənlərin sayında qeydə alınıb.
Naxçıvanda özəl sektorda işləyən muzdlu işçilərin sayı son bir il ərzində 3 dəfə azalaraq 72 min 645 nəfərdən 23 min 190 nəfərə düşüb.
Azalma istisnasız olaraq Naxçıvan Muxtar Respublikasındakı bütün inzibati rayonlarda qeydə alınıb. Ən böyük azalma Sədərək rayonunda qeydə alınıb. Ötən ilin əvvəlində Sədərəkdə 2 min 413 muzdlu işçi olduğu halda, bu ilin əvvəlində onların sayı 474 nəfər olub.
Digər inzibati rayonlarda isə muzdlu işçilərin sayı aşağıdakı kimi olub:

Həmçinin oxuyun

Canına qəsd edən qazinin atası: “Azyaşlı qızlarına ürəyi istəyəni ala bilmirdi” – Fotolar

“Oğlum işsizlikdən, həyat şəraitinin acınacaqlı olması səbəbindən bezib canına qəsd etdi”.Bunu Yeniavaz.com-a yaşadığı evdə canına qəsd …