Bazar ertəsi , Yanvar 18 2021
Ana səhifə / Bölgələr / “Şirvanın icra başçısı şəhid ailəsinə deyib ki, şəhidə məzar daşını biz niyə qoymalıyıq?”

“Şirvanın icra başçısı şəhid ailəsinə deyib ki, şəhidə məzar daşını biz niyə qoymalıyıq?”

“Deyirik, icra başçıları şəhid ailələrini, qaziləri ziyarət etmirlər. Deyirlər ki, filan icra başçısı gedib. Nə vaxt gedib, kimə yardım edib? Doğrudur, işləyən icra başçıları da var. Amma biz işləməyənlərin adlarını çəkməliyik”.

Bunu AĞ Partiyanın sədri Tural Abbaslı deyib.

“Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhid ailəsinə deyib ki, dövlət pul verib, məzar daşını həmin pula hazırlatdırın, biz niyə qoymalıyıq?! Belə icra başçısının qulağından tutub DTX-nin zirzəmisinə salmaq haqqdır, haqq deyil? Sən şəhid ailəsinə bunu necə deyə bilərsən?! Bunu deyən icra başçısı təxribatla məşğul olur. Bunlar kimə arxayındırlar? Düşünürdük ki, “beşinci kolon” zəifləyib, amma elə deyil. Binəqədi rayonunda da bu cür hallar baş verir. İcra başçısı şəhid ailələrini, qaziləri ziyarət etmir, problemləri ilə maraqlanmır” – T.Abbaslı bildirib.

Həmçinin oxuyun

Ləmkəranda iki gün əvvəl ordudan tərxis olunan könüllü əsgər ölüb

Lənkəran rayonunun Göyşaban kəndindən Vətən müharibəsinə könüllü olaraq qatılan Mirzəzadə İbrahim Rüfət oğlu bu gün …