Şənbə , Sentyabr 23 2023
Ana səhifə / Bölgələr / Sel evlərə doldu, qoyunları və maşını apardı – VİDEO

Sel evlərə doldu, qoyunları və maşını apardı – VİDEO

Yağan leysan və dağlardan gələn sel suları Daşkəsənin Qabaqtəpə, Əhmədli və Əmirvar kəndlərində fəsadlara yol açıb.

Sel daha çox Qabaqtəbə kənd ərazi nümayəndəliyinə tabe olan Devralı yaşayış məntəqəsinə ziyan vurub.

Əkin sahələri və meyvə ağacları yararsız vəziyyətə düşüb. 10-a yaxın evə sel suları dolub.

Sel kənd sakininə məxsus 45 qoyunu aparıb.

İsmayıllda isə selin apardığı avtomobil su çəkiləndən sonra çayın ortasında aşkarlanıb. Maşın çay daşlarına və quma ilişərək qalıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialda:

Həmçinin oxuyun

Astarada kitabxana işçiləri arasında insident: “İş otağıma hücum edib məni söydü”

Astara Rayon Mərkəzi Kitabxanasında işçilər arasında insident olub.“Qafqazinfo” xəbər verir ki, kitabxanada mütəxəssis vəzifəsində çalışan …