Bazar ertəsi , Yanvar 18 2021
Ana səhifə / Bölgələr / Şamaxının bu kəndinin cəmi bir sakini var – VİDEO

Şamaxının bu kəndinin cəmi bir sakini var – VİDEO

“Oba köçüb, yurdu qalıb” atalar məsəlini indi haqqında bəhs edəcəyimiz kəndə şamil etmək olar.

Şamaxıda yerləşən Acıdərə kəndinin cəmi bir sakini var.

Kənd sakini Alı Nəhmətov uzun illər əvvəl bura köçüb. Onun sözlərinə görə, o, bu kəndə gələndə bu qədər tənha yaşayacağını düşünməyib.

Pirsaat çayının sahillərində yerləşən Acıdərə kəndi ötən əsrin 70-ci illərində salınıb. Kənddə bu günə qədər yaşayan insanlar köçəri həyat sürüb, bir müddət sonra burdan ayrılıblar. Kənd ərazisi dağlıq və düzənlikdən ibarətdir.

Üç övladı olan A.Nəhmətovun ailəsi ay ərzində bir – iki dəfə onu ziyarət edir, yeməyini bişirir, evini təmizləyir. Bütün çətinliklərə baxmayaraq, o, burda özünü xoşbəxt hiss edir. Onun ən böyük arzusu gələcəkdə Acıdərə kəndində evlərin və sakinlərinin sayının artmasını görməkdir. (Oxu.az)

Həmçinin oxuyun

Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları “Qış təlimi-2021”də iştirak edəcək

Qardaş Türkiyə Respublikasının Qars şəhərində keçiriləcək “Qış təlimi-2021”də Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları da iştirak …