Şənbə , Dekabr 3 2022
Ana səhifə / Bölgələr / Şamaxıda növbəti dəfə Qida Festivalı təşkil olunub – FOTOLAR

Şamaxıda növbəti dəfə Qida Festivalı təşkil olunub – FOTOLAR

Iyulun 2-də Şamaxı rayonunda İkinci Qida Festivalı və Kənd Təsərrüfati Sərgisi təşkil olundu. Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Məsləhət xidmətləri vasitəsilə aqro-turizm, aqro-biznes sahibkarlığın və ərzaq məhsullarının istehsalının təşviqi və yeni dəyər zəncirlərinin yaradılması və inkişafı” layihəsi çərçivəsində Agbora Restoranında təşkil edilən festivalda beynəlxalq təşkilatların nümayəndələri, dövlət qurumlarının əməkdaşları, fermerlər, sahibkarlar, mətbuat nümayəndələri, yerli və xarici turistlər iştirak edirdi.

Şamaxıda təşkil ediləcək Qida Festivalının əsas məqsədi Dağlıq Şirvan İqtisadi Rayonunda istehsal edilən kənd təsərrüfatı məhsullarının, ənənəvi qida irsinin təqdim edilməsi, yerli və xarici turistlər və digər steykholderlər arasında tanıtdırılmasına nail olmaqdan ibarət idi. Şamaxı, İsmayıllı, Qobustan və Ağsu rayonlarını təmsil edən kənd təsərrüfatı və ənənəvi qida məhsulları festivalda təqdim olundu. Tədbirə 100-dən artıq iştirakçı qatılmişdı.

Festivalın açılış hissəsində İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri Vüqar Bayramov festivalın əhəmiyyəti barədə məlumat verdi. O bildirdi ki, bundan öncə Şamaxı və Şəki şəhərlərində oxşar festivallar təşkil olunub. Növbəti festival iyulun 7-də Şəki şəhərində olacaq.

Avropa İttifaqının Bakı nümayəndəliyinin əməkdaşı Çrtomir Peter Fişinger nümayəndəlik tərəfindən Azərbaycan keçirilən layhələr və onların nəticələri barədə məlumat verdi. O bildirdi ki, Avropa İttifaqı Azərbaycanda vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığı davam etdirir və belə layihələr regionların inkişafı və iqtisadiyyatın şaxələnməsi baxımdan da vacibdir.

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov bölgənin tarixi kimi mətbəxin də qədim və zəngin olduğunu diqqətə çatdırıb. Bu cür festivalların Şamaxıda keçirilməsinin təsadüfi olmadığını vurğulayaraq, gələcəkdə də rayonda daha bir neçə möhtəşəm, respublika əhəmiyyətli tədbirin keçiriləcəyini deyib.

Milli Məclisin deputatı Tamam Cəfərova Şamaxının turizm potensialı və qida irsi barədə məlumat verdi. O bildirdi ki, regionların sosial və iqtisadi inkişafı ilə bağlı həyata keçirilən proqramlar bölgələrdə daha çox iş yerlərinin yaradılmasına və aqro-turizim inkişafına xüsusi tövhə verir.

Qeyd edək ki, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Məsləhət xidmətləri vasitəsilə aqro-turizm, aqro-biznes sahibkarlığın və ərzaq məhsullarının istehsalının təşviqi və yeni dəyər zəncirlərinin yaradılması və inkişafı” layihəsinin məqsədi yerli fermerlərinin geniş aqrar və sahibkarlığa yönəlik məsləhət xidmətlərinə əlçatanlığının artırılmasına dəstək olmaq və yerli məhsulların bazarının inkişafına və aqro-turizm potensialının artırılmasına yardım etməkdir.

Daha öncə layihə çərçivəsində oxşar festivallar 4 Sentyabr 2021-ci il tarixində Şəki şəhərində və 27 Noyabr 2021-ci il taixində Şamaxı şəhərində hər birində 150-dən çox şəxsin iştirakı ilə təşkil olunmuşdur.

Həmçinin oxuyun

Prezident və ailəsi Şəkidə sakinlərlə söhbətləşdilər – Fotolar

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şəki şəhərinə səfər zamanı …