Ana səhifə / Bölgələr / Şamaxıda anaları COVİD olub xəstəxanaya yerləşdirilmiş körpələrin acınacaqlı halı – VİDEO

Şamaxıda anaları COVİD olub xəstəxanaya yerləşdirilmiş körpələrin acınacaqlı halı – VİDEO

Anaları koronavirusa yoluxan və xəstəxanaya yerləşdirilən körpələr acınacaqlı vəziyyətdədir.

Bununla bağlı Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə “Facebook” profilində paylaşım edib.

O bildirib ki, hadisə Şamaxının kəndlərindən birində olub.

Valideynləri xəstə olan uşaqlara qonşular baxıb, yemək versələr də, bu, onları acınacaqlı vəziyyətdə olmaqdan xilas etməyib.

K.Ağazadə həmçinin olduqca baxımsız və miskin vəziyyətdə olan körpələrin taleyi ilə heç bir dövlət qurumunun maraqlanmamasını da vurğulayıb.

Uşaqların görüntülərini təqdim edirik:

https://player.baku.tv/embed/49196

Həmçinin oxuyun

“Şabranda uşaq bağçası ilə bağlı yayılan məlumatlar araşdırılır” – FOTO

Şabran şəhər 1 saylı körpələr evi-uşaq bağçası ilə bağlı sosial mediada yayılan məlumatlar araşdırılır. APA …