Ana səhifə / Bölgələr / Salyanda məktəbdə “xadimə” təyin olunan qazi ilə bağlı yeni XƏBƏR

Salyanda məktəbdə “xadimə” təyin olunan qazi ilə bağlı yeni XƏBƏR

Bir müddət öncə Ali təhsilli, ikinci qrup əlil, çoxsaylı medallarla təltif olunmuş Vətən müharibəsinin iştirakçısının orta məktəbdə “xadimə” “vəzifə”nə təyin olunması gündəm yaratmışdı.

Vətən müharibəsinin iştirakçısı İbrahim Hüseynov artıq laborant vəzifəsinə təyin olunduğunu bildirib. 

Xatırladaq ki, qazi ilə bağlı məsələni deputat, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı gündəmə gətirmişdi. Deputat ali təhsilli, ADPU -nun Psixologiya ixtisası üzrə məzun İbrahim Hüseynovun Salyan-Şirvan Regional İdarəsinin rəisi Sənan Məsimlinin əmri ilə Qarabağlı kənd 1 saylı tam orta məktəbinə “xadimə” “vəzifə”sinə təyin olunduğunu, bunun utancverici hal olduğunu qeyd etmişdi. 

“Fəzail Ağamalı müəllimə xüsusi təşəkkürümü bildirirəm. Mənim problemimi işıqlandıraraq yanımda oldu. Həmçinin, verdiyi dəstəyə görə Etibar Əliyev müəllimə və mənim haqlı olduğumu anlayan, dilə gətirməyi bacaran hər kəsə səmimi qəlbdən bir ayrı təşəkkürlərimi bildirirəm.

Belə xoşagəlməz halların olması utancverici və qəbul edilməzdir. Haqq-ədalət qalib gəldi!” – deyə qazi paylaşım edib. 

Həmçinin oxuyun

Şuşalılar doğma yurduna qayıdırlar – VİDEO

“May ayından etibarən Şuşa şəhərində bərpa-tikinti qrafikinə uyğun olaraq, mərhələli formada inşa edilmiş evlərə ailələrin …