Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Bölgələr / Şabranda parkda kütləvi dava: 1 nəfər həbs edildi — Təfərrüat

Şabranda parkda kütləvi dava: 1 nəfər həbs edildi — Təfərrüat

Şabran rayonunda bıçaqlanma hadisəsi törətməkdə ittiham olunan 1995-ci il təvəllüdlü Seymur Niftəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Seymur Niftəliyev  dayısı Zaur Ağamalıyev ilə birlikdə Şabran şəhəri, Zərifə Əliyeva küçəsi ilə mağazaya gedərkən həmin küçədə yerləşən “Ziya” kafesinin yaxınlığında rastlaşdıqları Əşrəf Abbasovla mübahisə edib.


Onların arasıda mübahisə “salam vermə” üstündə yaranıb. Aralarında yaranan mübahisə zamanı Zaur Ağamalıyev ilə Əşrəf Abbasov əlbəyaxa olub. Yaranmış qarşılıqlı əlbəyaxa dava zamanı Seymur Niftəliyev Zaur Ağamalıyevə qarşı zor tətbiq edən Əşrəf Abbasovun fiziki cəhətdən onların hər ikisindən daha güclü olduğunu və bu səbəbdən ona müqavimət göstərə bilməyəcəyini görüb.


Daha sonra Seymur Niftəluyev münaqişə yerini tərk edərək yaxınlıqda yerləşən evinə tərəf qaçıb. O, evdə ələ keçirdiyi köhnə mətbəx bıçağı ilə yenidən münaqişə yerinə qayıdıb.


Orada dayısı ilə əlbəyaxa olan Əşrəf Abbasovun qarının yan və ön nahiyyələrindən həmin bıçaqla iki zərbə endirib. Əşrəf Abbasova xəstəxanada vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.


İstintaq orqanı tərəfindən Seymur Niftəliyevin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib.


Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Seymur Niftəliyev bildirib ki, 2017-ci il dekabrıən 12-də, saat 22 radələrində yaşadığı evə gələrkən yolda dayısı Allahverdini görüb və onunla birlikdə yaşadığı evə gəlib: “Evə daxil olmaq istəyərkən öz evmizdə küçəyə çıxan dayım Zaur Ağamalıyevi gördüm. Dayım mağazadan araq almaq üçün getdiyini dedi və birlikdə mağazaya getməyi xahiş etdi. Onlar birlikdə Zərifə Əliyeva parkı ilə M.Ə.Rəsulzadə küçəsinə tərəf getməyə başladıq. Parkın içində yerləşən “Ziya” kafesinin yaxınlığında zərərçəkmiş şəxs Əşrəf bizim qarşımıza çıxdı. Dayım ona salam verdi. Əşrəf isə dayıma kobud cavab qaytardı. Bu səbəbdən onların arasında mübahisə yarandı. Mən isə onları sakitləşdirmək üçün aralarına girdim. Əşrəflə dayım Zaurun münaqişə etdiklərini gördüm və onları sakitləşdirə bilməyəcəyimi başa düşərək təsadüfən yerdən tapdığım bir ədəd pivə şüşəsini sındıraraq əlimdə saxladım. Bu zaman həmin yerə gələn anam Ellada və orada olan dayılarım üstümə qışqırdı, evə getməyi məndən tələb etdilər. Onların sözünə qulaq asaraq həmin şüşəni yerə atdıqdan sonra yaşadığım evə getdim. Şabran rayon polis şöbəsiə dəvət edildikdən sonra Əşrəf Abbasovun bıçaqla vurulması mənə məlum oldu”.


Zərərçəkmiş Əşrəf Abbasovun sözlərinə görə, hadisə baş verən vaxtı Zərifə Əliyeva adına parkda yerələşən “Ziya” kafesinin yaxınlığında rayon sakini kimi tanıdığı Zaur və onun bacısı oğlu Seymur onun qarşısına çıxıb: “Zaur mənə salam verdikdə, onun salamını alaraq yanından keçmək istədim. Zaur “sən nə üçün bespredel kimi salam verirsən, sən kimə güvənirsən, mənə belə deyirsən”, – deyə cavab verdi. Zaur mənə kobud cavab verdiyi üçün aramızda mübahisə yarandı və həmin yerdə gözləməsini Zaura dedim. Əlimdəki sellofan torbanı yaxınlıqdakı “Ziya” kafesinə qoyaraq yenidən həmin yerə qayıtdım. Yolda qardaşım Ağayəhyaya zəng edərək ondan həmin parka gəlməsini xahiş etdim. Zaur mənə nalayiq söyüşlərlə söydüyünə görə onu yumruqla vurdum”.


Əşrəf Abbasov qeyd edib ki, daha sonra onlar dalaşmağa başlayıblar: “Zaurun bacısı oğlu Seymur qışqıraraq “burax mənim dayımı, ondan əl çək” dedi. O, hardansa götürdüyü bir şüşə butulkanı sındıraraq üstümə gəldi. Bunu görərək təpiklə Seymuru vurdum, onu itələdikdən sonra əlindəki butulkanı harasa ataraq həmin yerdən qaçdı. Zaurla dalaşıb və onu yerə yıxarkən qardaşım Ağayəhya, yeznəm Fikrət də həmin yerə gəldilər. Ağayəhya bizim dalaşdığımızı görərək Zaurla məni bir-birimizdən ayırmağa başladı. Elə bu zaman Seymur yenidən həmin yerə gələrək üstümə hücum çəkdi və qarnımdan bıçaqla zərbə vuraraq oradan uzaqlaşdı. Seymurun əlində bıçağı görə bilməsəm də o, yanımdan uzaqlaşdıqdan sonra kənara çəkilərək köynəyimi yuxarı qaldırdım, qarnımdan qanın axmasını gördüm. Başa düşdüm ki, Seymur məni bıçaqla vurub”.


Zərərçəkmişin ifadəsinə görə, həmin vaxt parkda olan rayon sakinləri Elnur, Gəbrayıl və başqa şəxslər qarnından qanın axmasını görüb, onu avtomaşınla Şabran rayon xəstəxanasına aparıblar.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Seymur Niftəliyev 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


Hökmdən narazı qalan Seymur Niftəliyev apelyasiya şikayəti verib. O, günahsız olduğunu, barəsindən bəraət hökmünün çıxarılmasını istəyib.


Seymur Niftəliyevin şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib.

Hakim Fərmayıl Zeynallının sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan olunub.

Seymur Niftəliyevin şikayəti təmin olunmayıb.

Demokrat.az

Həmçinin oxuyun

Gəncədə yaralananların vəziyyəti necədir? – AÇIQLAMA

Ermənistan ordusunun Gəncənin mülki əhalisinə qarşı endirdiyi ballistik raket zərbəsi nəticəsində yaralanan şəxslərə bütün lazımi …