Bazar ertəsi , Aprel 19 2021
Ana səhifə / Bölgələr / Şabranda evlərini tərk edən koronaviruslu xəstələr saxlanıldı – FOTO

Şabranda evlərini tərk edən koronaviruslu xəstələr saxlanıldı – FOTO

Şabran rayonunda yaşadığı ünvanı tərk edən COVID-19 xəstələri müəyyən edilib.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən rayon ərazisində koronavirus testi müsbət çıxmış şəxslərin yaşadığı ünvanı tərk edib-etməməsi yoxlanılarkən iki nəfərin – rayon sakinləri B.Aslanov və Z.Cavadovun karantin qaydalarına zidd davranaraq yaşadıqları ünvanı tərk etdikləri müəyyən olunub.

Həmin şəxslərin qanunazidd hərəkətlərinin qarşısı alınıb və yenidən yaşadıqları ünvana gətiriliblər. Onların törətdikləri əmələ hüquqi qiymət verilməsi üçün RPŞ-də araşdırmalar davam etdirilir.

Həmçinin oxuyun

Şuşada elektrik xətlərinin çəkilməsi, yarımstansiyanın tikintisi ilə bağlı işlər yekunlaşdı

“Şükürbəyli yarımstansiyasında işlər tamamlanıb, inteqrasiya işləri gedir, Şuşa yarımstansiyasına gedən birinci və ikinci xətlər quraşdırılıb …