Bazar , Noyabr 29 2020
Ana səhifə / Bölgələr / Sabiq deputat həyəcan təbili çaldı: “Şəmkirdə koronavirusa yoluxma pik həddə çatıb”

Sabiq deputat həyəcan təbili çaldı: “Şəmkirdə koronavirusa yoluxma pik həddə çatıb”

“Əziz həmyerlilərim, hər yerdə olduğu kimi, Şəmkirdə də koronovirusa yoluxma pik həddini yaşayır. Özumüzü, ailəmizi qorumaq sadəcə maska taxmaqdan, məsafə qorumaqdan və əllərimizi təmiz saxlamaqdan keçir. Kütləvi tədbirlərdən, yas məclislərindən, qonaqlıqlardan, qonaq getməkdən uzaq durmağa çalışın”.

Bu barədə sabiq deputat Sona Əliyeva sosial şəbəkədə yazıb.

Eks millət vəkili rayonda tanıdığı çox adamın infeksiyaya yoluxduğunu vurğulayıb, hamını qaydalara riayət etməyə səsləyib:

“Rayonda tanıdığım çox adam infeksiyaya yoluxub, arasında rəhmətə gedənlərdə var. Əsasən həkimlər və tibb işçiləri yoluxmaqdadır. Ona görə də vəziyyətin ciddiliyini nəzərə almağınızı, özunuzu, ailənizi və cəmiyyətimizi qorumağa çalışın. Pandemiya bitməsə, sağlığınız da, qazancınız da təhlükədədir”.

Sabiq deputat həyəcan təbili çaldı:  “Şəmkirdə koronavirusa yoluxma pik həddə çatıb”

Həmçinin oxuyun

Biləsuvarda şəhid gizir dəfn edilib – FOTOLAR

Vətən Müharibəsində torpaqlarımızın azadlığı uğrunda canından keçən Azərbaycan Ordusunun hərbi qulluqçusu, şəhid Əlizadə Nəriman Nurəhməd …