Cümə axşamı , Fevral 25 2021
Ana səhifə / Bölgələr / Şəkidə motosiklet qoyun sürüsünə çırpıldı, iki nəfər yaralandı

Şəkidə motosiklet qoyun sürüsünə çırpıldı, iki nəfər yaralandı

Şəkidə motosiklet qəzası baş verib. 

“Qafqazinfo”nun məlumatına görə, Şəkinin Qayabaşı kəndi ərazisində rayonun Sarıca kənd sakini 1975-ci il təvəllüdlü İsayev Bazarbəy Rza oğlu idarə etdiyi motosikletlə hərəkətdə olarkən yolda qoyun sürüsünə çırpılıb.

Hadisə nəticəsində sürücü B.İsayev və motosikletdə olan həmkəndlisi 1985-ci il təvəllüdlü Abdullayev Səxavət Mürvət oğlu müxtəlif dərəcəli bədən xəsarətlərilə Şəki rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Ağsuda “örüş qalmaqalı” böyüyür – Kəndin torpağını satan vəzifəlilər kimlərdir?

Ağsu rayonunun Bico kəndində “örüş qalmaqalı” davam edir. Kənd sakinləri baş verənlər barədə Prezident İlham Əliyevə,  …