Çərşənbə axşamı , Noyabr 24 2020
Ana səhifə / Bölgələr / Şəki Profilaktiki Dezinfeksiya Şöbəsindəki acınacaqlı vəziyyət: “Hər kəs ehtiyat edir ki…” – FOTO

Şəki Profilaktiki Dezinfeksiya Şöbəsindəki acınacaqlı vəziyyət: “Hər kəs ehtiyat edir ki…” – FOTO

Bu gün sosial şəbəkədə Şəki Rayon Profilaktiki Dezinfeksiya Şöbəsinin pis vəziyyətdə olan binasının görüntüləri yayılıb.

İddiaya görə, bina artıq uzun illərdir ki, qəzalı vəziyyətdədir. Ölkə ərazisində mövcud vəziyyəti nəzərə alsaq, bu şəkildə fəaliyyət göstərən müəssisənin olması təəssüf doğurur.

Əldə etdiyimiz məlumata görə, Şəki Rayon Profilaktiki Dezinfeksiya Şöbəsinin binası üç ilə yaxındır ki, bu vəziyyətdədir. Dörd ay əvvəl müəssisənin direktoru Kamil həkim vəfat edib. Son dövrlərdə isə bina tamamilə qəzalı vəziyyətə düşüb:

“Məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət olunub. Lakin heç bir qurumdan mövcud vəziyyətlə əlaqəli reaksiya gəlməyib. Şəki Rayon Profilaktiki Dezinfeksiya Şöbəsi dövlət balansından deyil, təsərrüfat hesabına maliyyələşir. Bu səbəbdən də aidiyyəti qurumlarla müqavilə bağlanmalıdır ki, həm təmir-bərpa işlərinə başlanılsın, həm də işçilərin maaşları verilsin.

Bu gün Şöbədə 15 nəfər işçi çalışır. Onlar hamısı bir otaqda toplanır. Hər kəs ehtiyat edir ki, binada bir hadisə baş verəcək. Bütün bunlara baxmayaraq, işçilər müvafiq qaydada ərazi üzrə dezinfeksiya işlərini həyata keçirirlər. Yaxşı olardı ki, bu müəssisənin fəaliyətini yaxşılaşdırmaq məqsədilə tədbir görülsün”.

Oxu.Az

Həmçinin oxuyun

Lerikdə avtomobil 85 metrlik yüksəklikdən dərəyə aşdı

Lerik rayonunda baş verən yol qəzasında sürücü ölüb. Rayonun Piran kəndində “Niva” markalı  avtomobil təxminən 85 …