Çərşənbə axşamı , Yanvar 19 2021
Ana səhifə / Bölgələr / Şəhid Tamerlan Səfərov Qubada dəfn edildi – FOTO

Şəhid Tamerlan Səfərov Qubada dəfn edildi – FOTO

Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan hərbi qulluqçusu dəfn edilib.

“Report”un məlumatına görə, 44 günlük Vətən Müharibəsində şəhid olan Səfərov Tamerlan Cavad oğlu bu gün doğulduğu Qubanın Səbətlər kəndində torpağa tapşırılıb.

Şəhidin dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, Quba Rayon İcra Hakimiyyətinin rəsmiləri, kənd sakinləri və şəhidin yaxınları iştirak ediblər.

Şəhid yaylım atəşləri ilə torpağa tapşırıldıqdan sonra tabutuna bükülən üçrəngli bayraq ailə üzvlərinə təqdim olunub.

Allah rəhmət eləsin!

Həmçinin oxuyun

Ləmkəranda iki gün əvvəl ordudan tərxis olunan könüllü əsgər ölüb

Lənkəran rayonunun Göyşaban kəndindən Vətən müharibəsinə könüllü olaraq qatılan Mirzəzadə İbrahim Rüfət oğlu bu gün …