Şənbə , Oktyabr 1 2022
Ana səhifə / Bölgələr / Şəhid atası oğlunun nəşi gətirilərkən vəfat etdi – FOTO

Şəhid atası oğlunun nəşi gətirilərkən vəfat etdi – FOTO

Düşmən təxribatı nəticəsində şəhid olan hərbi qulluqçumuz Vadim Qocayevin atası Alik Qocayev ürəktutmadan dünyasını dəyişib.

Hadisə Gəncədə baş verib. Belə ki, şəhid oğlunun nəşini gətirmək üçün Gəncəyə yollanan ata, oğlunun cənazəsini təhvil almazdan öncə infarkt keçirib və çatdırıldığı hospitalda dünyasını dəyişib.

Ata və oğlunun cənazəsi Bakının Binəqədi rayonuna gətirilir.

Qeyd edək ki, 1997-ci il təvəllüdlü şəhidimiz Qobustanın Sündü kəndindən idi. Bir qardaşı DSX-də xidmət edir, digəri isə əsgərdir. Vətən Müharibəsi iştirakçısı olan Vadimin bir yaşlı qızı və doğulmamış körpəsi var.

Allah rəhmət eləsin!

Qafqazinfo 

Həmçinin oxuyun

Hacıqabulda rəzalət- Muğan qəsəbəsinin məktəbi orta əsrləri xatırladır + VİDEO

Hacıqabul rayonu Muğan qəsəbəsinin bir qrup sakini Azinforum.az-a müraciət edərək bildiriblər ki, onların qəsəbəsində olan …