Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Bölgələr / Şəhid anası: “İcra başçısı mənə dedi ki, oğlun 1000 manat alanda yaxşı idi, öləndə pis?” – VİDEO

Şəhid anası: “İcra başçısı mənə dedi ki, oğlun 1000 manat alanda yaxşı idi, öləndə pis?” – VİDEO

“Hərbi paltarda bir nəfər gəlib qabağımda dayandı, dedi “nə səs-küy salmısan?”. Dedim, oğlumu istəyirəm. Əlləri cibində dedi “1000 manat alanda yaxşı idi, öləndə pis?”. Mənim orada huşum getdi”.
Bu sözləri torpaqlarımızın azadlığı uğrunda canından keçmiş, Tərtər rayonundan şəhid Aslanov Xəyalın anası Nəzakət Aslanova deyib. O bildirib ki, sonradan ona, həmin hərbi formalı şəxsin Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov olduğunu deyiblər:
“Tərtər rayonunda, H. Z. Tağıyev küçəsində yaşayıram. Oğlum Aslanov Xəyal Qüdrət oğlu 2014-cü ildən hərbi qulluqçu kimi gizir işləyir. Sentyabrın 27-də müharibə başlayan zamandan ön xətdə idi. Ayın 28-də bizə zəng gəldi ki, Xəyal yaralanıb. Biz gəldik öz icra nümayəndəmizin yanına. Mən orada icra nümayəndəmizdən Xəyalı istədim, dedim oğlumu verin. Hərbi paltarda bir nəfər gəlib qabağımda dayandı, dedi “nə səs-küy salmısan?”. Dedim, oğlumu istəyirəm. Əlləri cibində dedi “1000 manat alanda yaxşı idi, öləndə pis?”. Mənim orada huşum getdi, ayıldım ki, artıq oğlumun tabutu gəlib qapıya. Oğlumun dəfnindən 3 gün sonra qaynımın oğlundan soruşdum ki, mənə hərbi formada o sözü deyən kim idi? Dedilər Tərtərin icra başçısıdı. Oğlumun dəfnində iştirak etmədi. Xəyal Aslanov Tərtərə gələn ilk şəhid olub. Talışkənd istiqamətində qərargah rəisi ilıə birgə şəhid olub. Sentyabrın 29-dan etibarən indiyə kimi Tərtər Rayon İcra Hakimiyyətindən heç kim bizimlə maraqlanmayıb. Oğlumun məzarına bir gül getməyib. Qapımdan bayraq asılmayıb. Rayon rəhbərliyi tərəfindən heç nə görməmişik”.
N. aslanova bildirib ki, indiyə kimi icra başçısından bir üzrxahlıq gözləsələr də, o, heç nə etməyib.

Həmçinin oxuyun

Naxçıvanda kombi istehsalına başlanıldı

Naxçıvan Muxtar Respublikasında “Cahan Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən istilik panelləri ilə yanaşı istilik …