Bazar ertəsi , May 27 2024
Ana səhifə / Bölgələr / Sədərəkdə partlayışda həlak olan şəxsin nəvəsi: “Çaşır yığmağa gediblər” – VİDEO

Sədərəkdə partlayışda həlak olan şəxsin nəvəsi: “Çaşır yığmağa gediblər” – VİDEO

“Çaşır yığmağa gediblər, hər il bunu edirdilər”.

Bunu Baku TV-yə açıqlamasında bu gün Sədərək rayonunun Qaraağac kəndi ərazisində Ermənistan tərəfindən vaxtilə atılmış hərbi sursatın partlaması nəticəsində həlak olan Vilayət Həsən oğlu Rzayevin nəvəsi Aytac Abbasova deyib.

Qeyd edək ki, bu gün rayonun Qaraağac kəndi ərazisində Ermənistan tərəfindən vaxtilə atılmış hərbi sursatın partlaması nəticəsində həlak olan 1951-ci il təvəllüdlü Vilayət Həsən oğlu Rzayev və 1970-ci il təvəllüdlü Adəm Həsən oğlu Əliyev Sədərək rayon qəbiristanlığında dəfn olunublar.

Mərasimdə həlak olanların yaxınları, ailə üzvləri, rayon sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Daha ətraflı Baku TV-nin süjetində:

Həmçinin oxuyun

Göyçayda təhsil ocağının həyətindən cadu TAPILDI: “Liseyə daxil olarkən hər kəsi yuxu basır” – VİDEO

Göyçay Peşə Liseyinin həyətindən ərəb əlifbası ilə yazılan kağız parçalarında cadu aşkarlanıb. Faktı təhsil ocağının …