Bazar ertəsi , İyun 14 2021
Ana səhifə / Bölgələr / Restoranda qadın məsləhətxanası fəaliyyət göstərir – Cəlilabadda biabırçılıq

Restoranda qadın məsləhətxanası fəaliyyət göstərir – Cəlilabadda biabırçılıq

Cəlilabad şəhərinin mərkəzində, “Azərbaycan” küçəsində fəaliyyət göstərən “Palma” restoranı qadın məsləhətxanası kimi istifadə olunur.

Bununla bağlı Cəlilabad şəhər sakinləri ərazidən çəkilmiş fotolar göndəriblər.

Sakinlərin sözlərinə görə, Cəlilabad rayonunda 2 böyük tibb müəssisəsi – rayon Mərkəzi Xəstəxanası və Cəlilabad Müalicə Diaqnostika Mərkəzi fəaliyyət göstərsə də, ancaq hamilə və doğumla bağlı həkim məsləhəti restoranda aparılır.

Sakinlər bu cür qanunsuz əməllərin arxasında Cəlilabad Rayon Mərkəzi Xəstəxanası rəhbərliyinin dayandığını iddia edirlər.

Məsələ ilə bağlı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının baş direktoru Elnur Azadxanovla telefon əlaqəsi saxlamaq cəhdlərimiz nəticə verməyib.

Həmçinin oxuyun

“ADPU-nun Ağcabədi filialını Şuşaya köçürmək istəyirik” – Rektor

“Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialı zamanında Şuşada fəaliyyət göstərib. Kollektivin çoxu Xankəndində işləyib. Şuşa …