Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Bölgələr / Rayonlarda kafe və çayxanalar fəaliyyətə başlayır

Rayonlarda kafe və çayxanalar fəaliyyətə başlayır

Bu gündən Azərbaycanın bir çox şəhər və rayonlarında restoran, kafe və çay evlərində müştərilərə yerində xidmətə icazə verilir.

Bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah müvafiq qərar qəbul edib.

Qərara əsasən, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla respublikanın digər rayon və şəhərlərində və Naxçıvan Muxtar Respublikasında 4 may 2020-ci il saat 00:00-dan etibarən restoran, kafe və çay evlərində müştərilərə yerində xidmətlər bərpa olunub. İctimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə isə qadağandır.

Həmçinin oxuyun

Gəncədə yaralananların vəziyyəti necədir? – AÇIQLAMA

Ermənistan ordusunun Gəncənin mülki əhalisinə qarşı endirdiyi ballistik raket zərbəsi nəticəsində yaralanan şəxslərə bütün lazımi …