Şənbə , Sentyabr 23 2023
Ana səhifə / Bölgələr / Rasilə Arifqızının yerinə o təyin edildi

Rasilə Arifqızının yerinə o təyin edildi

Lənkəran Şəhər İcra Hakimiyyətində yeni təyinat olub.
Bununla bağlı rayonun icra başçısı Taleh Qaraşov Sərəncam imzalayıb.
Sərəncama əsasən, Ülviyə Əliyeva icra başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

O, buna qədər Lənkəran-Astara Regional Təhsil İdarəsinin Astara rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsində çalışıb.
Qeyd edək ki, daha əvvəl Lənkəranda icra başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsini ötən il cinayət məsuliyyətinə cəlb edilərək vəzifəsindən azad olunan Rasilə Arifqızı icra edib.

Həmçinin oxuyun

Astarada kitabxana işçiləri arasında insident: “İş otağıma hücum edib məni söydü”

Astara Rayon Mərkəzi Kitabxanasında işçilər arasında insident olub.“Qafqazinfo” xəbər verir ki, kitabxanada mütəxəssis vəzifəsində çalışan …