Bazar , Sentyabr 19 2021
Ana səhifə / Bölgələr / Rəsədxananın işinə maneə yaradan amillər açıqlandı

Rəsədxananın işinə maneə yaradan amillər açıqlandı

Son illərdə Şamaxı rayonunda turizmin inkişafı, Rəsədxananın yaxınlığında yeni binaların tikilməsi, yolların çəkilməsi, süni işıq və tozlanma mənbələrinin artması nəti­cə­sin­də ŞAR-ın ərazisində astroiqlim şəraiti ciddi şəkildə pozulub. Bu da astronomik müşahidələrin keyfiyyətinə ciddi mənfi təsir göstərib.

Bunu Şamaxı Astrofizika Rəsədxanasının icraçı direktoru, professor Nəriman İsmayılov AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Ümumi yığıncağında deyib.Şamaxı Astrofizika Rəsədxanasının baş direktoru, AMEA-nın müxbir üzvü Namiq Cə­li­lov isə ya­xın gələcəkdə ŞAR-da kosmik peyklərdə, pilotsuz uçuş aparatlarında və yer­­üstü poliqonlarda apa­rılan spektrofotometrik ölçmələr vasitəsilə alınmış təsvirlər əsasında at­mos­­fe­rin kim­yəvi aerozol çirklənməsinin, transsərhəd hava axınlarının məsafədən moni­to­rin­qi­nin ke­­çi­ril­­mə­si, proqnozunun verilməsi və digər prioritet istiqamətlər üzrə həyata keçiriləcək elmi tədqiqat planlarına diqqət çəkib.

İclasda rəsədxananın mövcud teleskoplarının maddi-texniki bazasının möh­kəm­ləndirilməsi, avtomatlaşdırılması və onların müasir işıq qəbulediciləri ilə təmin edilməsi, həm­çi­nin Azərbaycan ərazisində müvafiq astroiqlimə malik yeni astronomik stansiyanın yara­dıl­ma­sı və stansiyada müasir tipli, diametri ən azı 1 m olan robot teleskopun quraşdırılması üçün AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edilib. Trend

Həmçinin oxuyun

Şuşada Milli Musiqi Günü keçirilir FOTOLAR

Bu gün işğaldan azad ediləndən sonra Şuşa şəhərində ilk dəfə Milli Musiqi günü keçirilir. “Report”un …