Bazar , Yanvar 17 2021
Ana səhifə / Bölgələr / Qusar İH üç aydır şəhid məzarının üstünü niyə düzəltdirmir?

Qusar İH üç aydır şəhid məzarının üstünü niyə düzəltdirmir?

“Yanvarın 8-ə kimi 38 şəhidin məzarının üstü qoyulacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında Həsənqala kənd bələdiyyəsinin sədri Ağa Ömərli şəhid İsmayılov Orxan Qədim oğlunun məzarının üstünün götürülməməsinə aydınlıq gətirərkən deyib. Onun sözlərinə görə, Orxan İsmayılov rayonun ilk şəhidlərindəndir: 
“Qusar rayonundan 38 şəhid var. Onların hər biri üçün eyni şəkildə, eyni ölçüdə, eyni rəngdə başdaşı sifariş olunub. Qəbir daşları Xaçmaz rayonunda hazırlanır. Bütün daşlar hazırdır, yanvarın 8-ə kimi 38 şəhidin məzarının üstü qoyulacaq”.
Qeyd edək ki, Qusar rayonu, Həsənqala kənd sakini şəhid İsmayılov Orxan Qədim oğlu 5 oktyabr 2020-ci ildə dəfn edilib. Sosial şəbəkələrdə onun məzarının üstünün görürülməməsi ilə bağlı narazılıqlar ifadə olunub. 

Həmçinin oxuyun

Şuşada raketlər, mərmi və minalar aşkarlandı – FOTO

2021-ci il yanvarın 4-13-də tarixlərində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) xüsusi …