Cümə axşamı , Sentyabr 21 2023
Ana səhifə / Bölgələr / Qubanın yeni icra başçısı kimdir?

Qubanın yeni icra başçısı kimdir?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı sərəncamla İlqar Akif oğlu Mahmudov Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
İ.Mahmudovun bu təyinatadək Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsində müdir vəzifəsini icra etdiyi bildirilir.
O, əvvəllər sabiq təhsil naziri Misir Mərdanovun köməkçisi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin direktoru vəzifələrini də icra edib.
Xatırladaq ki, Qubanın bundan əvvəlki icra başçısı Ziyəddin Əliyev iyunun 14-də vəzifəsindən azad edilib.

Həmçinin oxuyun

Astarada kitabxana işçiləri arasında insident: “İş otağıma hücum edib məni söydü”

Astara Rayon Mərkəzi Kitabxanasında işçilər arasında insident olub.“Qafqazinfo” xəbər verir ki, kitabxanada mütəxəssis vəzifəsində çalışan …