Şənbə , Sentyabr 25 2021
Ana səhifə / Bölgələr / “Qubanın icra başçısı arvadına 500 min manatlıq maşın alıb”

“Qubanın icra başçısı arvadına 500 min manatlıq maşın alıb”

“Həbsxanada onu yoluxmağa getməmişəm. Vilyam Hacıyevin istintaqı hələ davam edir, bir yenilik yoxdur. Yəni camaatda nə məlumat varsa, mən də onu bilirəm. Allah qapısını açsın, nə deyim vallah”.

Bu sözləri Bizim.Media-ya açıqlama verən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev İmişlinin keçmiş icra başçısı, əmisi oğlu Vilyam Hacıyevdən danışarkən deyib.

O, həmçini ölkədə  korrupsiya faktı ilə tutulan digər icra başçılarından da danışıb:

“Hazırda ölkədə korrupsiya ilə güclü mübarizə gedir. Burada icra başçıları, komitə sədrləri tutuldu. Zaman-zaman mən çalışmışam ki mütəmadi olaraq  bu problemləri dilə gətirim. 

Mən hər zaman Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun bütün qanunsuz əməllərini ifşa edirdim. Deyəndə ki, qaval çalan Şəmkir rayonunu yeyib dağıdır, süni görüntü yaradır, dövlətçiliyə xas olmayan hərəkətlər edir, məni topa tutdururdu. Çox şadam ki, deiklərim təsdiqini tapdı və o, əliqandallı Bakıya gətirildi”.

Hafiz Hacıyev qanunsuz dövlət büdcəsini talamaq hallarının hələ də davam etdiyini vurğulayaraq, söhbət əsnasında hazırda vəzifədə olan bir neçə icra başçılarının da adını çəkib: “Məsələn yeni təyinat alan gənc icra başçılarını götürək. Xaçmazln yeni icra başçısı əvvəlki başçıya rəhmət oxudur. Qubanın icra başçısı rayonda at oynadır, hər vəzifəyə bir qiymət qoyub. Şəhər məktəbinə direktor təyin etmək üçün 40 min manat istəyir. Yoxsa, nooldu, Qubaya təyin olunandan 3-4 ay keçmədi ki, arvadına 500 min manatlıq avtomobil aldı. Bir şəhidin qəbrini ziyarət, bir qaziyə yardım etmir. Heç bir şəhid ailəsini qəbul edib, onları dinləmir. Görünən odur ki, hazırda ölkədə kadr çatışmazlığı var”.

Həmçinin oxuyun

Cəlilabad meşəbəyliyində 225 qanunsuz kəşilmiş ağac aşkarlanıb

Masallı və Cəlilabad rayonlarının meşə ərazilərində ağaclar kəsilir, meşə torpağı daşınır. Sakinlər bildirirlər ki, torpağı …