Şənbə , Oktyabr 23 2021
Ana səhifə / Bölgələr / Qubada torpaq sürüşməsi baş verib, 10 ailə evlərindən köçürülüb – VİDEO

Qubada torpaq sürüşməsi baş verib, 10 ailə evlərindən köçürülüb – VİDEO

Qubanın Qrız Dəhnə kəndi ərazisində torpaq sürüşməsi qeydə alınıb.

50 hektar ərazini əhatə edən sürüşmə zonası dağlıq ərazidə baş verib. Sürüşmə zonasının əhatəsi genişlənir və kəndə doğru yaxınlaşır.

Quba rayon icra hakimiyyətindən APA-ya verilən məlumata görə, hadisə yerinə Quba rayon icra hakimiyyəti başçısı Ziyəddin Əliyev və Fövqəladə Hallar Nazirliyi əməkdaşları baxış keçirib. Sürüşmənin aktivliyi nəzərə alınaraq 10 ailə evlərindən köçürülüb.

Ərazidə müvafiq qurumların əməkdaşları tərəfindən növbətçilik təşkil olunub. Sürüşmənin aktivliyi nəzərə alınaraq müvafiq qərar qəbul olunacaq.

Həmçinin oxuyun

Çaylıya dəmir oğurluğuna gedənlər həbs edildi – FOTO

İşğaldan azad edilən, lakin minalardan və digər partlayıcı vasitələrdən tam təmizlənməmiş ərazilərə nəzarət postlarından kənar …