Bazar , Oktyabr 25 2020
Ana səhifə / Bölgələr / Qubada maraqlı festival – Turistlər də məmnundur, sakinlər də

Qubada maraqlı festival – Turistlər də məmnundur, sakinlər də

Bu gün Quba şəhərində Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi və Quba Rayon İcra Hakimiyyətinin dəstəyi ilə maraqlı mətbəx festivalı  təşkil olunub. Festival həm yerli sakinlər, həm də turistlər tərəfindən çox maraqla qarşılanıb.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, Regional Mətbəx Festivalının açılış mərasimi şəhərin Nizami Gəncəvi adına istirahət parkında keçirilib.

Qubada keçirilən Regional mətbəx festivalı 2019

Qubada keçirilən “Regional mətbəx festivalı 2019”

İlk öncə festival iştirakçıları mətbəx nümunələri, milli yeməklərlə tanış olublar. Qonaqlara Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzəndə qədim zamanlardan bişirilən milli yeməklər təqdim edilib. Bölgədə yaşayan azsaylı xalqların özünəməxsus mətbəx nümunələri tədbir iştirakçılarında böyük maraq oyadıb.

Onu da qeyd edək ki, festivalda çoxlu xarici turistlər də iştirak edib.

Qubada keçirilən Regional mətbəx festivalı 2019

Qubada keçirilən “Regional mətbəx festivalı 2019”

Yaponiyadan gələn turist Şin Mifune festival haqqında fikirlərini bildirib: “Mən Azərbaycana ilk dəfə gəlmişəm. Qubadan öncə Qəbələdə idim və azərbaycanlı dostum mənə belə bir maraqlı festival olacağını bildirdi. Açığını deyim ki, festival barəsində heç bir fikrim yox idi. Hətta tərəddüd gəlməyə edirdim. İndi isə düşünürəm ki, nə yaxşı ki gəlmişəm. Burada çox maraqlı yeməklər gördüm, Azərbaycanın milli adət-ənənəsi ilə tanış oldum. Çox şadam. Ən çox bəyəndiyim yemək ət qutabı ilə çığırtmalı plov oldu”.

Dövlət Turizm Agentliyinin təmsilçisi Ülfət Mehdiyev Sputnik Azərbaycan-a festival haqqında danışıb: “Biz Dövlət Turizm Agentliyi olaraq paytaxtla yanaşı regional turizmin inkişafına daim böyük diqqət vermişik. Bilirsiniz ki, bu gün Azərbaycana gələn turistlər təkcə Bakıda tarixi mədəni abidələri görməklə kifayətlənmirlər. Turistlər regionlara səyahət etmək, yerli xalqların mədəniyyəti ilə tanış olmaq istəyirlər. Bu baxımdan biz regionların turizm potensialını artırmaq üçün müxtəlif tədbirlər, festivallar həyata keçirik. Bizim məqsədimiz turistləri ölkəmizə cəlb etmək və onlara milli-mənəvi dəyərlərimizi nümayiş etdirməkdir. Buna görə də, belə tədbirlərin sayını çoxaltmağı düşünürük. Bugünkü festivalımız 2 gün davam edəcək”.

Minlərlə qonağın qatıldığı festival maraqlı konsert proqramı ilə davam edib. Xalq artisti Mənsum İbrahimov, Əməkdar artist Təyyar Bayramov, populyar ifaçılar Sevda Yəhyayeva, Aynur Dadaşova, Zenfira İsmayılova və Anar Şuşalının ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Həmçinin oxuyun

Beyləqanda bələdiyyə sədri səfərbərlikdən necə yayınıb?

Vətən torpağını qoruya bilməyən Tehran Sadıqov Bələdiyyə torpaqlarını necə qoruyacaq? Bu gün Azərbaycanda Böyük Vətən …