Ana səhifə / Bölgələr / Qubada məktəbdə baş verən insidentin TƏFƏRRÜATI – VİDEO

Qubada məktəbdə baş verən insidentin TƏFƏRRÜATI – VİDEO

Martın 15-də Qubada Birinci Nügədi kənd sakini 47 yaşlı Aygün Mustafayeva özünə bıçaqla xəsarət yetirib.

O, kəndin 1 nömrəli tam orta məktəbində ibtidai sinif müəllimi olub və direktor müavini Sara Nağıyeva ilə mübahisə edib.

Mübahisə əsnasında əl-qol hərəkətləri olduğundan direktor müavini müəllimi polisə şikayət edib.

Aygün Mustafayeva polis şöbəsinə dəvət edilib. Bundan sonra müəllim yaşadığı evdə özünə xəsarət yetirib və yaxınları tərəfindən xəstəxanaya çatdırılıb. Məktəbin direktor əvəzi Vüqar İmaməliyev bildirib ki, hazırda müəllim işə çıxır. Ancaq iddiaya görə, onun intizamsız davranışları davam edir.

Həmçinin oxuyun

Naxçıvana ayrılan büdcə azaldılır

Naxçıvan Muxtar Respublikasının büdcəsinin öz gəlirlərinin 19,9 milyon manat artırılması və bəzi dövlət orqanlarının maliyyələşdirilməsinin …