Bazar ertəsi , Dekabr 4 2023
Ana səhifə / Bölgələr / Qazimiz aldığı xəsarətlər ucbatından vəfat edib

Qazimiz aldığı xəsarətlər ucbatından vəfat edib

Şuşa döyüşlərində ağır yaralanan və 2 ildən artıqdır müalicə olunan qazi Mirdavud Tahirov dünyasını dəyişib.

Astara rayonu Pensər kənd sakini olan və Vətən müharibəsində rəşadət göstərən M.Tahirov aldığı xəsarətlər ucbatından vəfat edib.
O, doğulduğu rayonda dəfn edilib.

Qeyd edək ki, Tahirov Mirdavud Asəm oğlu Azərbaycan Pedaqoji Universitetinin tələbəsi ikən Vətən müharibəsinə yollanıb. Onun anası da müharbə vaxtı könüllü olaraq tibb bacısı kimi yaralılara yardım edib.

M.Tahirov müharibədən sonra “Döyüşdə fərqlənməyə görə”, “Kəlbəcərin azad edilməsinə görə”, “Şuşanın azad edilməsinə görə” medalları ilə təltif edilib.

Həmçinin oxuyun

Salyanda dəm qazından boğulanlarla bağlı tükürpədən fakt

Salyanda dəm qazından boğularaq ölən iki nəfər hərbçi imiş. Baku tv bildirir ki, onlar rayon …