Ana səhifə / Bölgələr / Qaxda əsən güclü külək rayonu internetsiz qoyub

Qaxda əsən güclü külək rayonu internetsiz qoyub

Bu gün axşam saat 21:30-dan etibarən Qax rayonu ərazisində internetin verilişi dayanıb.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, əsən güclü külək nəticəsində rayonun Qaşqaçay kəndi ərazisində iri gövdəli ağac aşaraq fiber-optik kabeli qırıb.

Nəticədə rayonun interneti kəsilib.

Hazırda qırılan xəttin bərpası üçün işlər aparılır. İnternetin yaxın 1 saat ərzində veriləcəyi gözlənilir.

Həmçinin oxuyun

Qubadlıda DSX-nin Hərbi Xəstəxanası fəaliyyətə başladı

Mart ayının 5-də Qubadlı rayonu ərazisində Dövlət Sərhəd Xidmətinin (DSX) Hərbi Xəstəxanası və Mühəndis-İstehkam Mərkəzi …