Bazar ertəsi , May 23 2022
Ana səhifə / Bölgələr / “Qarabağın internet təchizatı üçün fəaliyyət planı hazırlanıb” – RƏSMİ

“Qarabağın internet təchizatı üçün fəaliyyət planı hazırlanıb” – RƏSMİ

“Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin internet təchizatı üçün konkret fəaliyyət planı hazırlanıb”.

Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov bildirib.

“Həmin fəaliyyət planı çərçivəsində bu ildən başlayaraq müəyyən uzlaşmalara baxılacaq. Qarabağın bərpa planına uyğun olaraq, rabitə infrastrukturu da bərpa olunacaq. “Ağıllı şəhər” layihələrinin öz tələbləri var. Bu, yalnız internetin sürətindən asılı deyil. Fəaliyyət planı konsept şəkildə həyata keçiriləcək”, – o deyib.

Həmçinin oxuyun

“Yardımlı meşələri yağmalanır”

“Mərkəzin direktoru sanki meşəni satışa çıxarıb. Ağackəsənlər gedir, otbiçənlər gəlir… Nadir ağaclar kəsilir, daşınır. Hektarlarla …