Çərşənbə , Dekabr 1 2021
Ana səhifə / Bölgələr / Qarabağda işləmək istəyənlərin nəzərinə: Maaş 1700 AZN – VİDEO

Qarabağda işləmək istəyənlərin nəzərinə: Maaş 1700 AZN – VİDEO

İşsiz və iş axtaran vətəndaşlarımıza şad xəbərimiz var. Artıq işğaldan azad olunan ərazilərimizdə  gedib işləmək üçün imkanlar yaradılır. Dövlət Məşğulluq Agentliyinin məşğulluq alt sistemində işğaldan azad olunan ərazilər üzrə aktiv vakansiya və iş imkanları mövcuddur. Əməkhaqları isə 350 manatdan 1700 manata qədrdir. Artıq bu  vakansiyalar  üzrə işlə təmin olunanlar da var.

İşğaldan azad olunmuş rayonlar üzrə iş vakansiyaları elan olunub. Artıq işsiz və iş axataran vətəndaşlar yüksək əməkhaqları ilə bu ərazilərdə işçi kimi çalışa bilərlər.

Bunu Dövlət Məşğulluq Agentliyinin sosial tərəfdaşlarla iş departamentinin müdiri Fatimə Ələkbərova deyib. Onun sözlərinə görə hazırda Məşğulluq Alt Sistemindəki vakansiya bankında işğaldan azad olunan ərazilər üzrə aktiv vakansiya və iş imkanları mövcuddur. Vətəndaşlar üçün Cəbrayıl, Ağdam, Xocavənd və digər rayonlar üzrə iş imkanları yaradılıb.

Fatimə Ələkbərova bildirdi ki, işğaldan azad olunmuş rayonlar üzrə məşğulluq alt sisteminə 100-dən artıq vakansiya yerləşdirilib. Departament müdiri vurğuladı ki, işəgötürənlər işğaldan azad olunmuş ərazilər üzrə vakansiyaları  Məşğulluq Alt Sistemindəki vakansiya bankında yerləşdirdiyi təqdirdi bir çox sosial proqramlardan yararlanacaqlar. Belə ki, sosial proqramlar çərçivəsində əməkhaqqının birgə maliyyələşdirilməsi imkanları da mövcuddur.

Fatimə Ələkbərova əlavə etdi ki, artıq 10 gün ərzində 6 nəfər işğaldan azad olunmuş rayonlarda işlə təmin olunub. Qeyd edək ki, internetə çıxışı olmayan və elektron platformadan istifadə etməyi bacarmayan vətəndaşlar öz əraziləri ürə məşğulluq filiallarına yaxınlaşaraq vakansiyalar barədə məlumat əldə edə bilərlər.

Həmçinin oxuyun

“Abadlaşan” Beyləqandan REPORTAJ: Hər yeri xarabalığı xatırladır…

Baxımsız bir rayon gec-tez xarabalığa çeviriləcək. Necə ki, Beyləqan rayonu baxımsız, ən əsasıda sahibsiz bir …