Ana səhifə / Bölgələr / Qarabağda daha 13 kənd inşa olunacaq – SİYAHI

Qarabağda daha 13 kənd inşa olunacaq – SİYAHI

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzi Laçın rayonunun Qorçu qəsəbəsinin, Ağdam rayonunun Xıdırlı, Kəngərli və Sarıcalı kəndlərinin, Cəbrayıl rayonunun Şükürbəyli kəndinin, Qubadlı rayonunun Zilanlı, Xanlıq və Mahruzlu kəndlərinin, Laçın rayonunun Güləbird kəndinin, Zəngilan rayonunun Məmmədbəyli və Cahangirbəyli kəndlərinin, Cəbrayıl rayonunun Horovlu kəndinin və Şuşa rayonunun Daşaltı kəndinin salınmasının şəhərsalma əsaslandırılmasının hazırlanması işlərinin satınalınması ilə bağlı elan etdiyi 13 açıq tenderə yekun vurub.

Tenderlərin qalibi “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu (1-8-ci tenderlər üzrə), “Qala Group” MMC (9-12-ci tenderlər üzrə) və “Feniks-AA” MMC-dir.

Qalib şirkətlərə müvafiq olaraq 420 min manat, 470 min manat, 325 min manat, 290 min manat, 378 min manat, 335 min manat, 380 min manat, 360 min manat, 295 min manat, 340 min manat, 330 min manat, 387 min manat və 250 min manat, ümumilikdə isə 4 milyon 560 min manat ödəniləcək.

Qeyd edək ki, daha əvvəl Ərazi Tikinti-Planlaşdırma Mərkəzi Qarabağda 9 kənd və qəsəbədə yaşayış məntəqələrinin salınması ilə bağlı tender keçirmişdi. 

Həmçinin oxuyun

Bölgələrdə internet limiti nə vaxt aradan qalxacaq? – VİDEO

“2024-cü ildə bütün ölkə fiber-optik internetlə təmin olunacaq”. Bunu “Xəzər TV”də yayımlanan “Xəbər ertəsi” proqramında …