Çərşənbə axşamı , Sentyabr 21 2021
Ana səhifə / Bölgələr / Qarabağa qayıdış: Zəfərin 1 illiyində köçürülmə baş tuta bilər (VİDEO)

Qarabağa qayıdış: Zəfərin 1 illiyində köçürülmə baş tuta bilər (VİDEO)

Zəfərin 1 illiyi ərəfəsində azad olunan kəndlərimizdən hansınasa vətəndaşlarımızın qayıdışı mümkün ola bilər.
Bunu ARB24-ün “Gündəm” verilişinə açıqlamasında millət vəkili Naqif Həmzəyev deyib.
“Artıq Şuşada bir çox ailələr yaşayır. Hərbçi ailələri də həmin ərazilərə köçürülə bilər. İstənilən halda 2022-ci ildə bu prosesin daha sürətli getməsinin və soydaşlarımızın öz dədə-baba yurdlarına köçürüləcəyinin şahidi olacağıq. Məncə, bu il də müəyyən kəndlərə köçürülmələr həyata keçiriləcək. Çünki artıq Zəngilanda da ağıllı kənd tikilir. Ancaq yenə də dəqiq tarix söyləyə bilmərik. Proseslərin gedişi bunu göstərəcək. İstənilən halda əsas odur ki, zəfər çalınıb, Qarabağ erməni faşistlərindən təmizlənib. Azərbaycan sərhədləri boyunca öz qüvvələrini yerləşdirməkdədir. Göründüyü kimi, artıq qısa müddətdə dağılmış ərazilərdə bir il tamam olmadan Prezident İlham Əliyevin rəhbərliyi altında quruculuq-abadlıq işləri həyata keçirilib. Ən qısa zamanda da vətəndaşlarımızın öz yurdlarına köçürülməsinin şahidi ola bilərik”,- deyə o bildirib. 

Həmçinin oxuyun

Narazı qazi ilə bağlı nazirlikdən AÇIQLAMA

Cəlilabad rayonu sakini, Vətən müharibəsi iştirakçısı Ağayev Fariz Hidayət oğlunun sosial mediada yayılan şikayəti Əmək …