Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Bölgələr / Qadağalar bəzi kəndləri də əhatə edəcək

Qadağalar bəzi kəndləri də əhatə edəcək

“Bu dəfə məhdudiyyətlərin tətbiqi birinci klastrda, yəni narıncı sahədə nəzərdə tutulur. Növbəti həftə ərzində məhdudlaşmaya bütün ölkə ərazisi daxil edilə bilər. Hazırda bu məsələ müzakirə mərhələsindədir. Bu yenə də epidemioloji vəziyyətdən və bölgələrimizdə insanların qaydalara əməl etməsindən asılıdır”.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri  Ramin Bayramlı bildirib.

R.Bayramlı qeyd edib ki, böyük şəhərlərlə yanaşı, bir sıra kəndlərdə vəziyyət narıncı sahənin epidemioloji göstəricilərinə uyğun olsa, həmin kəndlərdə də məhdudiyyət tətbiq olunacaq: “Bütöv rayon olmasa da, kəndlərdə həftə sonları çölə çıxmağın tam qadağan olunması tətbiq oluna bilər.

Qeyd edim ki, bir neçə gündür bəzi kəndlərimizə giriş-çıxış dayandırılıb. Hətta kəndlər içərisində bəzi yaşayış sahəsinə belə giriş-çıxış dayandırılıb. Beynəlxalq təcrübədə də bundan dəfələrlə istifadə olunub. Orada testi pozitiv çıxan şəxslərin müayinələri aparılıb, müvafiq xəstəxanalara yerləşdirilib. Neqativ olan şəxslər isə müvafiq olaraq karantin rejimində saxlanılırlar”.

Həmçinin oxuyun

Bakıdan Naxçıvana yeni avtomobil yolu…

İşğal altından azad olunan ərazilərimizdə daha bir avtomobil yolunun çəkilməsi üzrə layihələndirmə işlərinə başlanılıb. Bunu …