Şənbə , İyul 20 2019
Ana səhifə / Bölgələr / Qərb bölgəsində güclü külək sakinlərə ciddi ziyan vurub – VİDEO

Qərb bölgəsində güclü külək sakinlərə ciddi ziyan vurub – VİDEO

Qazax rayonunda güclü külək bir sıra fəsadlar törədib. Rayonun mərkəzi küşələrindən olan Mirvarid Dilbazi küçəsində iri gövdəli şam ağacının qırılması  nəticəsində elektrik dirəkləri, eləcə də naqillər sıradan cıxıb. Eyni zamanda  ağacın  ağırlığına tab gətirməyən kabellərdə bir neçə sayğacı da  divardan qoparıb. Elektrik enerjisi verilişində fasilələr yaranıb.

Rayonun Xanlıqlar kəndi ərazisində də güclü külək bir neçə ağacı kökündən çıxarıb. Aşan ağaclardan biri park halında olan avtomobilin üzərinə düşüb.

Məsələ ilə əlaqədar aidiyyəti qurumlar yaranmış problemlərin aradan qaldırılması istiqamətində işlər aparır. Hazırda rayonun ərazisində hava şəraiti sabitdir.

Həmçinin oxuyun

Bərdədə pendir sexində acınacaqlı görüntülər – FOTO

Bərdədə antisanitar şəraitdə pendir istehsal edən sex aşkarlanıb. Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, sözügedən …