Ana səhifə / Bölgələr / Qəbələdəki Nohur göldə suyun səviyyəsi artıb, ətraf ərazilərdə təhlükə yaranıb – VİDEO

Qəbələdəki Nohur göldə suyun səviyyəsi artıb, ətraf ərazilərdə təhlükə yaranıb – VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə intensiv yağışlar səbəbindən Qəbələ rayonu, Nohurqışlaq kəndi ərazisindəki Nohur gölündə suyun səviyyəsinin artması və ətraf ərazilər üçün təhlükəli vəziyyətin yaranması barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən verilən məlumata görə, bununla əlaqədar əraziyə FHN-in Şimal-qərb Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Hazırda Mərkəzin qüvvələri tərəfindən gölün daşmasının qarşısını almaq məqsədi ilə suyun səviyyəsinin endirilməsi və digər müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilir.

 

Həmçinin oxuyun

Göyçaylıları narazı salan monopoliya, ucuz qiymət və alternativ bazarın yoxluğu

“Məhsul qiymətə gedər deyə şərikli 10 min pomidor şitili əkmişəm. Peşmanam, nə çəkdiyimiz xərc ödənir, …